
Pandemiya müddətində dünyanın müxtəlif yerlərində müəllimlərin əksəriyyətinin psixoloji və maddi baxımdan zərər görməsi müəyyən edilib.
Türkiyədə təhsil üzrə ekspert və tədqiqatçılar 15 min 811 müəllim arasında ümumi araşdırma aparıb. Bu araşdırmalarda dünyanın mütəlif ölkələrindən olan müəllimlər də iştirak edib.
AzEdu.az xəbər verir ki, araşdırmaya görə, 62% müəllim pandemiya müddətində psixoloji boşluq yaşayaraq özünü dəyərsiz hiss edir, 52% müəllim daha yaxşı iş tapacağı təqdirdə dərhal peşəsini atacağını bildirib, 43% müəllim isə peşəkarlığının aşağı səviyyəyə endiyini və kifayət qədər yaxşı müəllimlik edə bilməyəcəyini düşünür.
Tədqiqatçılar bu anketlə müəllimlərin yaşayış və iş vəziyyətlərini, maddi və peşə baxımından problemlərini ölçmək istədiklərini bildirdilər. Ümumilikdə keçirilən onlayn anketin nəticələri isə aşağıdakı kimidir:
-72% müəllim aldığı maaşın az olduğunu, onların 52% -i isə daha yaxşı iş tapacağı təqdirdə müəllimlikdən uzaqlaşacağını bildirir
-Müəllimlər ailə büdcələrindən ən çox qida məhsullarına (maaşın 70%-i) pul ayırır
-42% müəllim pandemiya ərəfəsində banklardan kredit götürüb
-51% müəllim ayın sonunda büdcələrində hec pul qalmadığını bildirib
-14% -i maddi yetərsizlik baxımından müəllimliklə yanaşı başqa işdə işləyir
-39%-i distant təhsil üçün planşet və ya komputer alıb
-55%-i məktəblərin açılmasını təhlükəli hesab edərək istəmir
-Pandemiya müddətində distant dərs keçən müəllimlərin 54%-i məktəblərində koronavirusa yoluxmanın qeydə alındığını bildirdi
-62% - i bu müddətdə özünü dəyərsiz hiss etdiyini qeyd edib
-90%- i pandemiya müddətində müəllimlərin işləmədən maaş aldığını ifadə edən məqalə və çıxışların müəllimlik peşəsinin etibarını zədələiyini bildirdi
-43% - i artıq kifayət qədər yaxşı müəllim olmadığını düşünür
-82% müəllim çox yorulduğunu və enerjisinin tükəndiyini bildirərək təqaüdə çıxma zamanının gəlməsini istəyir
- 70 % - i 3600 əlavə göstərici tələb edir
Qeyd edək ki, bu tip araşdırmalar dünyanın müxtəlif ölkələrində də həyata keçirilir. Bu onlayn anketlərdə başqa ölkələrin müəllimləri də iştirak edə bilir.