Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-07 12:03:00
Professor Közhan Yazgan: Şuşada yeni bir fakültənin açılması istiqamətində əməkdaşlığa hazırıq  

 

Türk Dünyası Araşdırmaları Vəqfinin sədri, professor Közhan Yazgan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradova təbrik məktubu ünvanlayıb.

 

UNEC-dən AzEdu.az-a verilən məlumata görə, K.Yazgan Qarabağın işğaldan azad olunması və Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm qələbəsi münasibətilə rektoru təbrik edib. O, təməli Türk Dünyası Araşdırmaları Vəqfinin mərhum sədri Turan Yazgan tərəfindən qoyulan UNEC-in Türk dünyası iqtisad fakültəsinin müasir tədris metodları ilə çağdaş türk dünyasında özünə layiq yer tutması istiqamətində universitetlə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb. K.Yazgan Şuşada Türk dünyası iqtisad fakültəsinin nümunəsində yeni bir fakültənin açılması istiqamətində əməkdaşlığa hazır olduğunu və dəstəyin göstərilə biləcəyini qeyd edib.