Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-07 16:17:00
Bu şəxslər də MİQ-in onlayn müsahibə mərhələsində iştirak edəcək-RƏSMİ

Onlayn müsahibələrdə müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrində vakant yerlərə işə qəbul olunmuş namizədlər iştirak edəcəklər.


AzEdu.az İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, həvəsləndirmə xarakteri daşıyan H1 və H2 yaşı 35-ə qədər olan şəxslər üçün nəzərdə tutulub. Lakin bu il onlayn müsahibələrdə yaşı 35-i keçən şəxslərin də iştirakı nəzərdə tutulub.


Qeyd edək ki, onlayn müsahibələrdə iştirak etmək üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq təlimatla tanış olduqdan sonra 6 dekabr saat 23:59-dək elektron poçt ünvanını müvafiq xanaya yazaraq iştirakını təsdiq etməlidirlər.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları