
2018-06-25 13:00:00
Şagirdlərimiz beynəlxalq olimpiadadan 6 medal qazanıblar
19-24 iyun tarixlərində Yunanıstanın Rodos adasında keçirilən yeniyetmələrin 22-ci Balkan Riyaziyyat Olimpiadasında (JBMO) məktəblilərimiz 3 gümüş və 3 bürünc medal qazanaraq növbəti uğura imza atıblar.
AzEdu.az xəbər verir ki, bununla da azərbaycanlı şagirdlər 6 medal qazanaraq 100 faizlik nəticə göstəriblər. Komanda hesabında 113 bal toplayan şagirdlərimiz 2010-cu ildən bəri ən yaxşı ümumi nəticə nümayiş etdiriblər.
Olimpiadada “İstək” liseyinin şagirdi Murad Ağayev, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov, Fərid İsmayılov gümüş, 220 nömrəli tam orta məktəbinin şagirdi Yusif Qasımov, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Fidan Babayeva, Rəşad Musayev bürünc medal qazanıblar.
Bu bölməyə aid digər xəbərlər
İsrail Qəzzada məktəbi bombaladı - 18 nəfər öldü
2024-09-12 10:01:00
Slovakiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək
2024-09-12 09:21:00
Azərbaycanda 6 aylıq uşaq faciəli şəkildə öldü
2024-09-09 15:45:37
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü - YENİLƏNİB
2024-09-09 13:38:00
Yol qəzasında azı 11 məktəbli öldü - YENİLƏNİB
2024-09-03 09:11:00
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş
2024-05-28 22:20:00
ABŞ-da məktəbdə atışma olub, 2 nəfər yaralanıb
2024-05-24 13:45:40
Daha bir təhsil müəssisəsinə cinayət işi açılıb
2024-05-22 15:19:40
Görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU
2024-05-21 15:13:07
Azərbaycanda ən yaxşı kənd məktəbləri - SİYAHI
2024-05-16 14:40:16