
Bakı Ali Neft Məktəbinin tələbələri “45-ci ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsində (XVI Azərbaycan Birinciliyində) 2-ci dərəcəli diplomlara layiq görülüblər.
AzEdu.az xəbər verir ki, noyabrın 29-da Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə onlayn keçirilən müsabiqədə Azərbaycanın 16 ali təhsil müəssisəsindən 63 komanda iştirak edib. Hər komandada üç tələbə təmsil olunub.
Bakı Ali Neft Məktəbinin tələbələri müsabiqəyə 5 komanda ilə qatılıblar. Müsabiqədə Bakı Ali Neft Məktəbinin BHOS1 komandasında Rüstəm Həbibullayev, Turqut Ağaşov, Murad Əliyev, BHOS2 komandasında Emil Nağızadə, Əşrəf Abbasov, Azər Əliyev, BHOS3 komandasında Həsən Həsənov, Kamal Bağırlı, Nəriman Tağızadə, BHOS4 komandasında Nihat Əliyev, Radmila Musayeva, Fərid İsmayılov, BHOS5 komandasında Ayaz Pənahov, Roman Tolstoşeyev və Azər Sadıqzadə təmsil olunublar. 5 komandanın hər biri müsabiqədə 2-ci dərəcəli diploma layiq görülüb.
Qeyd edək ki, müsabiqənin nəticələrinə görə müvəffəqiyyət qazanmış 34 komanda 13 dekabrda onlayn keçiriləcək “45-ci ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində ölkəmizi təmsil edəcəklər.