
10 dekabr 2020-ci Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müssabiqəsinin “Həmkardan həmkara dəstək” layihəsinin onlayn bağlanış mərasimi Microsoft Teams prqoramında təşkil olundu.
Layihənin bağlanışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Layihə rəhbəri qonaqları salamladıqdan sonra Zəfər günü münasibəti ilə hamını təbrik etdi.Torpaqlarımınızın azad olunmasında Cənab Prezidentimiz İlham Əliyevə,Əsgər Və zabitlərimizə ,rəşadətli ordumuza təçəkker etdi.Qazilərimizə Allahdan şəfa diləyib ,Şəhid olan Əsgərlərimizi 1 dəq sükutla yad etdilər.Layihədə Ucar Təhsil Şöbəsinin müdiri Rəna xanım Cəfərova,təlimçi Abbasova Fatma,ekspertlər Elburus Baxşəliyev,Nigar Zakirova ,rayonun metodistləri və rayonunun müxtəlif kənd ,şəhər məktəblərinin müəllimləri və respublikamızın müxtəlif rayonlardan olan müəllimlər iştirak etdilər.
Rəna xanım Cəfərova çıxış edərək təlimlər haqqında yüksək fikirdə olduğunu bildirdi və layihə rəhbərinə gələcək işlərində uğurlar arzuladı.Təlimdə ekspertlər və müəllimlər çıxış etdilər.Təlim materialları(kitabça ,təlim materialı və disk)nümayiş etdirildi.
Sonda təlimlər haqqında yekun hesabat təqdimati video şəkildə iştirakçılara göstərildi.