
2020-12-16 17:40:00
ADU-da tələbələr üçün maksimum güzəştlər tətbiq EDİLƏCƏK
Azərbaycan Dillər Universiteti qış imtahan sessiyası müddətində tələbələr üçün maksimum güzəştlər tətbiq edəcək.
AzEdu.az xəbər verir ki, universitetdən verilən məlumata görə, 2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası müddətində keçən semestrlərdə olduğu kimi maksimum güzəştlər tətbiq olunacaq:
- Cəbhə bölgəsində yaşayan tələbələr, habelə digər bölgələrimizdə yaşayan bir sıra internet problemləri olan tələbələr üçün maksimum güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur.
- Dərs müddətində tələbənin imtahanqabağı topladığı bal 34 bala çatmırsa, o halda balın 34-ə çatdırılmasında universitet rəhbərliyi güzəşt tətbiq etməyi planlaşdırır.
- Qayıb limitinin 50%-ə qaldırılmasını nəzərə alaraq, tələbə iştirak etmədiyi dərslərdə davamiyyətə görə balın çıxılması tələbələrin imtahanaqədər giriş ballarının differensiallaşdırılması məqsədilə, həmçinin də mövcud əsasnamənin müddəalarına uyğun hesab olunur. Lakin ölkə ərazisində olan mövcud vəziyyəti nəzərə alaraq, 50 % qayıb limitini keçən tələbələr də imtahana buraxıla biləcək.
- 25% imtahanların ödəniş qaydası, təkrar imtahan verən tələbələrin təqaüdə iddialı olması, AR Nazirlər kabineti və Təhsil Nazirliyinin müvafiq əsasnamələrinə uyğun tənzim olunur.
- İmtahan prosesində bütün tələbələrin minimum 17 balla təmin olunması üçün universitet rəhbərliyi tərəfdən maksimum güzəştlər tətbiq olunacaq. Keçən yaz semestrində və yay məktəbində olduğu kimi kəsirsiz imtahan sessiyası, yaranmış hər hansı bir neqativ hala qarşı tələbəyə fərdi yanaşma, problemin işçi qaydada həlli nəzərdə tutulmuşdur. Qeyd olunanlarla bağlı Elmi Şurada müvafiq qərar qəbul olunub.
Bu bölməyə aid digər xəbərlər
UNEC-də yeni tədqiqat mərkəzləri yaradılıb
2024-09-12 11:37:00
"Brend tələbə"nin sorağı Çexiyadan gəldi - VİDEO
2024-09-12 10:57:00
ADNSU-da forum keçirilir
2024-09-12 10:45:50
“TələbəPlus” kartları AzMİU tələbələrinə də veriləcək
2024-09-11 12:49:16
Peşə məktəblərinə işə qəbulun nəticələri elan edilib
2024-09-10 17:47:42
UNEC-in Elmi Şurasının yeni tədris ilində ilk iclası olub
2024-09-10 17:32:09
ADNSU-da forum keçiriləcək
2024-09-10 16:23:00
Azərbaycanlı alim şəxsi kitabxanasını Qarabağ Universitetinə hədiyyə edəcək
2024-09-10 15:26:20
AzMİU müəllimlərinin bacarıqları təkmilləşdirilir
2024-09-10 14:41:24
Xəlil Kələntər: Qarabağ Universitetində çalışmaq istəyərəm
2024-09-10 11:52:44