
2020-12-25 15:40:00
Professor intihara cəhd edən tələbəsinə belə kömək etdi - FOTO
Corc Vaşinqton Universitetinin professoru doktor Linn Meteni pandemiya şəraitində tələbəsinə kirayə haqqını ödəməyə kömək edib.
AzEdu.az xəbər verir ki, pandemiya Corc Vaşinqton Universitetinin digər tələbələri kimi birinci kurs tələbəsi 18 yaşlı Zeniya Kimi son həddə çatdırıb.
Psixi sağlamlıq problemləri, həmçinin intihar cəhdi onu məşğələlərdən imtina etməyə məcbur edib. Eyni zamanda, ailə problemləri onun kirayələdiyi evdən çıxmasına səbəb olub.
Dərslərini tərk etməzdən əvvəl Kim universitetin professoru doktor Linn Meteniyə elektron poçt vasitəsilə işini itirməsi barədə məktub yazıb.
Semestrin sonunda Kim elektron poçtla Meteniyə problemləri haqqında yazıb. Kimin təəccübünə səbəb olaraq professor onun məktubunu aldığını yazıb və xahiş edib ki, poçt hesabını yazsın. Professor tələbəyə kirəyə haqqı olaraq 1000 dollar göndərib.
Professorun səxavətindən heyrətlənən Kim sosial şəbəkələrə baş vuraraq və baş verənləri paylaşıb. Kimin statusu 250 mindən artıq bəyənmə toplayıb.
"O, mənimlə maraqlanan yeganə professor idi. Mən sözün əsl mənasında şokdaydım. Çünki mən ondan heç nə gözləmirdim. Bu, çox böyük puldur və hər gün bu cür şeylərin baş verdiyini görmürsən. Mən onun kimi bir professora öz tələbəsinə qayğı göstərdiyinə görə minnətdaram", - deyə Kim bildirir.
Oruc MUSTAFAYEV

Bu bölməyə aid digər xəbərlər
UNEC-də yeni tədqiqat mərkəzləri yaradılıb
2024-09-12 11:37:00
"Brend tələbə"nin sorağı Çexiyadan gəldi - VİDEO
2024-09-12 10:57:00
ADNSU-da forum keçirilir
2024-09-12 10:45:50
“TələbəPlus” kartları AzMİU tələbələrinə də veriləcək
2024-09-11 12:49:16
Peşə məktəblərinə işə qəbulun nəticələri elan edilib
2024-09-10 17:47:42
UNEC-in Elmi Şurasının yeni tədris ilində ilk iclası olub
2024-09-10 17:32:09
ADNSU-da forum keçiriləcək
2024-09-10 16:23:00
Azərbaycanlı alim şəxsi kitabxanasını Qarabağ Universitetinə hədiyyə edəcək
2024-09-10 15:26:20
AzMİU müəllimlərinin bacarıqları təkmilləşdirilir
2024-09-10 14:41:24
Xəlil Kələntər: Qarabağ Universitetində çalışmaq istəyərəm
2024-09-10 11:52:44