Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-27 16:01:00
BDU dünya reytinqində yer alan yeganə Azərbaycan universitetidir

Bakı Dövlət Universiteti (BDU) "QS Quasquarelli Symonds" təqdiqat mərkəzi tərəfindən tərtib edilən "QS World University Rankings"də ən yaxşı universitetlərin reytinqində yer alıb.

Universitetdən AzEdu.az-a verilən məlumata görə, BDU 1000 ən yaxşıları özündə birləşdirən builki reytinqdə Azərbaycan Universitetləri arasında yer alan yeganə universitetdir.

Qeyd edək ki, builki reytinqə Massaçusets Texnologiya İnstitutu (MİT) rəhbərlik edir. İlk üçlüyə Stanfard və Harvard Universitetləri daxil olub.