
Azərbaycan Respublikasının Təhsil İnstitutu İnformatika fənni üzrə mütəxəssis vakansiyası elan edir.
Azedu.az xəbər verir ki, bu barədə İnstitutun rəsmi səhifəsində elan yerləşdirilib.
Vəzifə öhdəlikləri:"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində rus və Azərbaycan dillərində hazırlanmış I-IX sinif materiallarını (siniflər üzrə iş dəftərləri, metodiki vəsaitlər, təqdimatlar, videolar) nəzərdən keçirərək onların informatika fənni üzrə məzmun standartlarına uyğunluğunun yoxlanılması və müvafiq düzəlişlərin edilməsi üçün rəyin verilməsi.
Təhsil: Kompüter elmləri, informatika və ya uyğun ixtisaslar üzrə ali təhsil.
Tələblər:
Scratch və Python proqramlarını yüksək səviyyədə bilmək;
rus dilini yüksək səviyyədə bilmək;
ümumi təhsil müəssəsində 5 illik təcrübə;
sahəsi üzrə 10 illik təcrübə;
komandada işləmək bacarığı;
analitik düşüncə və detallara diqqətli olmaq.
Qeyd edilən tələblərə uyğun şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Müraciət üçün son tarix 30 dekabr 2020-ci ildir.