
2020-12-29 14:27:00
Şagirdlərin qəhrəmanına çevrilən Şəhid müəllimimiz
"Vətən müharibəsi"ndə Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Azərbaycan dili və Ədəbiyyat müəllimi Kənan Müzəffərlidir.
AzEdu.az qəhrəmanımızın ömür yolunu təqdim edir:
Kənan 1995-ci ildə Gədəbəyin Çalbrun kəndində ziyalı ailəsində dünyaya göz açıb. Atası Azər müəllim deyir ki, "Kənan çox sakit, diqqətli və canıyanan uşaq kimi böyümüşdü".
Çalbrun kənd orta məktəbində təhsil alırdı. Dərslərini yaxşı oxumaqla bərabər həm də idmanla məşğul olurdu. Orta məktəbi əla qiymətlərlə başa vuraraq, 495 balla Sumqayıt Dövlət Universitetinə qəbul olur. Müəllimləri və tələbə yoldaşları arasında özünəməxsus hörmət və sevgi qazanmışdı. Universiteti Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi bitirir. Bəlkə də Gədəbəyin havası, suyundan idi bu ixtisasa marağı...
2017-ci ildə Universiteti bitirdikdən sonra, elə, həmin ildə də həqiqi hərbi xidmətə yollanır. Xidmətə Naxçıvan MR-da başladı. Yüksək fiziki hazırlığı onu Xüsusi Təyinatlı Dəstəyə aparır. 2018-ci ildə Naxçıvanda "Cunnut kənd" əməliyyatında iştirak edərək, xüsusi fəallıq göstərir. 90-cı illərdə Ermənistan tərəfindən ələ keçirilən 11 min hektar ərazi və mühüm strateji yüksəkliklər düşməndən təmizlənir.
Hərbi xidməti bitirdikdən sonra doğma kəndinə qayıdır. Müəllimlərin işə qəbulu imtahanında iştirak edir. 2019-cu ildə Gədəbəyin Dəyəqarabulaq kənd tam orta məktəbində müddətli müqavilə ilə pedoqoji fəaliyyətə başlayır.
2020-ci ilin Aprelində iş yerinə daimiləşdi. Müəllim yoldaşları onun fədakar, çalışqan bir müəllim olduğunu deyirlər. Qar yağanda kəndləri keçilməz olurmuş. Lakin Kənan bu çətinliklərə baxmayaraq onu gözləyən şagirdlərinin görüşünə tələsirdi.
Kənan olduqca vətənpərvər, Vətəninə, millətinə bağlı bir insan, bir gənc idi. Bunu həmişə tədris etdiyi fənni ilə də şagirdlərinə çatdırırdı. Atası deyir ki, "çox köməyə tələsən biri idi. Çalışırdı hamıya kömək etsin"...
"Vətən müharibəsi" başlayanda Kənan da hər bir Vətən oğlu kimi özünü ön cəbhəyə çatdırmaq istəyirdi. Beləliklə, döyüşlərə könüllü yollandı. Füzuli-Cəbrayıl istiqamətlərində qızğın döyüşlərdə iştirak etdi. Kənanın vaxtı ilə olduğu döyüş və oradan qazandığı təcrübə indi çox köməyinə çatırdı. Xocavənd istiqamətində şiddətli döyüşlər başlanır. Kənan elə, bu döyüşlərin bir günündə - Oktyabrın 25-də canından çox sevdiyi Vətəni uğrunda qəhrəmancasına Şəhid olur...
Oktyabrın 26-da doğulduğu Çalbrun kəndində uğruna canından keçdiyi torpağa tapşırılır...
Bu gün doğmaları, əzizləri ilə yanaşı şagirdləri də sevimli müəllimlərinin yoxluğu acısı ilə yaşayırlar. Əlbətdə bir şagird üçün müəlliminin yoxluğu çox ağrılıdır. Amma Kənan həm də özü nümunə oldu. Özü şagirdləri üçün qəhrəmana çevrildi.
Kənan Müzəffərlinin simasında təhsilimiz bir savadlı və fədakar müəlliminini itirdi...
Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Bu bölməyə aid digər xəbərlər
“İnsan kapitalı və təhsil” İşçi Qrupunun iclası olub
2024-09-12 10:41:16
Sentyabr döyüşlərinin 2 ili tamam oldu
2024-09-12 08:59:29
“Tarixdə bu gün” - 12 sentyabrda yadda qalan günlər...
2024-09-12 08:56:00
Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək
2024-09-12 08:45:58
STEAM tədris edən müəllimlər üçün müsahibələr keçirilir
2024-09-11 17:57:00
Ortaq Türk Əlifbası ilə bağlı rəsmi AÇIQLAMA
2024-09-11 15:01:00
DİM bu şəxslər üçün qeydiyyat elan edib
2024-09-11 12:18:30
Dövlət keyfiyyətli kadr hazırlığı üçün daha çox vəsait xərcləyəcək - Yeni qərarın izahı
2024-09-11 11:15:57
İki gündə geomaqnit qasırğası olacaq
2024-09-11 10:58:30
Türkiyədə doktorantura səviyyəsində təqaüdlə təhsil alacaq tələbələrin siyahısı
2024-09-10 17:43:40