
Bu gün Təhsil naziri Emin Əmrullayevin 38 yaşı tamam olur.
Belə ki, 27 iyul 2020-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.
AzEdu.az nazirin təhsil dosyesini təqdim edir:
Emin Əmrullayev 1982-ci ildə anadan olub. Bakının Yasamal rayonunda yerləşən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə təhsil alıb.
1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.
2003-cü ildə akademiyanın "İnzibati idarəetmə" ixtisasından məzun olub.2004-cü ildə Budapeştdə Avropa Hüquqları Mərkəzində çalışan Emin Əmrullayev, 2005-2007-ci illərdə Katolik Yardım Xidmətində proqramçı, 2005-2009-cu illərdə isə Qafqaz Universitetində müəllim olaraq fəaliyyət göstərib.
Emin Əmrullayev 2012-ci ildə ABŞ-ın Kolumbiya Universitetində “Dövlət idarəçiliyi” ixtisası üzrə magistr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təsil alan şəxs kimi ehtiyat kadrlar siyahısına daxil edilib. 2013-cü ildə Təhsil Nazirliyi Təhsilin statistikası və keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri təyin edilib. Daha sonra Təhsul Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri,2020-ci yanvar-iyul aylarında isəTəhsil İnstitutunun direktoru vəzifələrində çalışıb.
Emin Əmrullayevi təbrik edir, ona uğurlar arzulayırıq!