
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycanda ilk olan idman jurnalistikası üzrə magistr proqramı məzunlar və komunikasiya mütəxəssisləri üçün praktik multimedia biliklərini təqdim edir.
Bu proqramı digərlərindən fərqləndirən nədir ?
Peşəkarlıq. Beynəlxalq təcrübəyə malik olan mütəxəssislərimizdən rəqəmsal bacarıgları öyrənmək istəyirsinizsə, onda gec olmadan bizə qoşulun. Proqramı bitirdikdə Siz idman jurnalistikası, PR menecer, online media və ya media sahibkarlığı kimi sahələrdə öz bilik və bacarıqlarınızı tətbiq etmək imkanı qazanacaqsınız.
İntensivlik. Bir akademik il boyunca siz intensiv təhsil alacaq və daha sonra bir semestr praktik təcrübə əldə etmək imkanı qazanacaqsınız. Proqramın sonunda isə yekun media layihənin və ya tezisin təqdimatınıı həyata keçirəcəksiniz. Ümumilikdə 1.6 ili əhatə edən təlim-tədris proqramı müddətində siz televiziya, radio, online, social və mobil media, PR kimi sahələrdə bilik və bacarıqlara yiyələnəcksiniz.
Sərfəlilik. Öz karyerasını inkişaf etdirmək istəyən məzun və peşakarlar üçün proqram çox əlverişlidir. Ümumilikdə 1il 6 aylıq dövrü əhatə edən proqrama illik 2500 manat ödəməklə Siz Böyük Britaniyaya təhsil ezamiyyəsi və ingilis dili biliklərinizi daha da inkişaf etdirmək imkanı qazanırsız. Bunda daha yaxşı nə ola bilər?
Proqramın beynəlxalq idman dili olan İngilis dilində tədris olunması. Proqrama müraciət etmək üçün ingilis dili biliklərinizin İELTS-dən 5 bal səviyyəsində olması kifayət edir. (sertifikatın olması mütləq deyil). Ingilis dilini biliklərinizi daha da təkmilləşdirmək istəsəniz, bizim ingilis dili tədris paketlərimizdən faydalana bilərsiniz.
Proqramın beynəlxalq səviyyədə olması. Proqramımızı ən yüksək səviyyədə təşkil etmək üçün Böyük Britaniyanın Sheffield Hallam Universitetilə six əməkdaşlıq edirik. Bu baxımdan Birləşmiş Krallığa təhsil ezamiyyəsi proqramımızın bir hissəsidir.
Proqramın yalnız jurnalistika sahəsi ilə məhdudlaşmaması. Biz tələbələrimizə sahibkarlıq, PR, menecment və s. kimi sahələrdə təlim modulları təklif edirik. Bir sözlə, biz onları jurnalistika sahəsindən kənara çıxararaq, onlara kommunikasiya sahəsində müxtəlif bacarıqlara malik olan bir peşakar kimi yetişmək imkanı veririk.
İdman Akademiyasındadır! İdmançılar, idman menecerləri və idman sahəsində tibb mütəxəssisləri ilə yanaşı, idmanı yaşayan və idmanla nəfəs alan Akademiyada təhsil almaq imkanı.
Bizim məqsədimiz beynəlxalq səviyyədə yeni nəsil idman jurnalistləri və komunikasiya mütəxəssisləri yetişdirmədir.
Biz jurnalistləri, müxtəlif idman qurumlarıda fəaliyyət göstərən komunikasiya mütəxəssislərini, bu proqramı oz karyerasında ilkin mərhələ kimi görən məzunları və beynəlxalq tələbələri proqramımızda iştirak etməyə dəvət edirik.
Biz əməkdaşlıq və yeniliklər etmək arzusunda olmaqla yanaşı, müxtəlifliyə inanır və fiziki məhdudiyyətləri olan şəxsləri də proqramımızda iştirak etməyə dəvət edirik.
Sizdən tələb olunan isə açıq fikirlilik, idmana sevgi, idman jurnalistikası və komunikasiya sahəsində karyera qurmaq arzusunda olmağınızdır.
Siz bu müddət ərzində həm fərdi, həmddə komanda şəklində işləməkdən, təşəbbüskar olmaqdan zövq alacaqsınız.
Tələbələrdən təlim-tədris prosesində iştirakla yanaşı proqramın radio, televiziya, və online kanallarına da öz töhvələrini verməkləri gözlənilir. Bundan əlavə, tələbələrə peşəkar və çox nüfuzlu təşkilatlarda, özəl və dövlət orqanlarında təcrübə və iş imkanı təqdim olunur.
Sizi Media Mərkəzimizin təşkil etdiyi Açıq Qapı Günlərinə dəvət edirik (daha ətrafli məlumat üçün səhifəni aşağıya doğru apararaq “Open Door” keçidinə daxil olun.
Hər hansı sualınız yaranarsa, proqram menecerimiz Ellada Mustafayevaya müraciət edə bilərsiniz: [email protected].
Tələbələr və Məzunlar
Siz Azərbaycanda və ölkəmizdən kənarda peşəkar karyeranızla bağlı xeyli ümidlər bəsləyirsiniz. Bu qapıdan daxil olduğunuz zaman Sizin hekayəniz başlayır.
Proqram praktikdir və ödəniş 2,500 manatdır, bu qiymət ingilis dilində magistr proqramı üzrə beynəlxanq təhsil üçün mükəmməldir. Bu qiymətə azərbaycanlı magistrantlarımızın Birləşmiş Krallığa səyahət imkanının da daxil olduğunu nəzərə alsaq, çox münasibdir.
Azərbaycanlı tələbə və məzunların müraciət tarixi Dövlət İmtahan Mərkəzinin tələblərinə əsasən təyin olunub. Bakalavr təhsilinin media və ya jurnalistika olmasının önəmi yoxdur, yetər ki, idman və media sahəsinə böyük həvəsiniz olsun. Proqramda təhsil almaq üçün ingilis dili bilikləriniz İELTS tələbi 5 bal səviyyəsində olmalıdır. Sentyabr ayına kimi ingilis dilinizi təkmilləşdirmək üçün xüsusi ingilis dili hazırlıq kursumuza müraciət edə bilərsiniz. Daha ətraflı məlumat üçün “İngilis dili” bölməsinə daxil ola bilərsiniz.
Jurnalistlər və kommunikasiya mütəxəssisləri
Əyani təhsillə kariyeranın tərs mütənasibliyinin çətinliyini başa düşürük. Məhz buna görə bizim proqram mütəxəssislər üçün intensiv və əlverişli imkanlar təqdim edirik.
Proqram Sentyabr -May aylarını əhatə edən modullardan ibarətdir. Növbəti akademik ilin yarısını əhatə edən təlim-tədris müddəti praktiki media layihəsi, diplom işi və professional təcrübədən ibarətdir.
Bu intensiv yanaşma öz üfüqlərini genişləndirmək istəyən jurnalistlər üçün idealdır, onlar öz professional həyatlarından uzaqlaşmadan bunu reallaşdıra bilərlər.
Cari ilin Sentyabr ayına kimi ingilis dili biliklərinizin IELTS 5 bal səviyyəsində olması tələb olunur. Sizə kömək olmaq üçün bizim İngilis dili hazırlıq kurslarımız var. Yaranmış istənilən suallarla bağlı İngilis dili bölməsinə daxil ola və bizimlə əlaqə saxlaya bilərsiniz.
Pul vacib məsələdir, elə deyil? Biz sizin üçün ən uyğun qərarı qəbul etdik. Beynəlxalq MA proqramı üzrə ingilis dilli təhsil, 3 semesteri əhatə edən təlim-tədris proqramı, praktiki multi-media bacarıqları və Birləşmiş Krallığa səyahət imkanı. Bütün bunlar üçün illik təhsil haqqı sadəcə 2,500 manat.
Daha ətraflı məlumata ehtiyyacınız var? Bizim proqram menecerimiz Ellada Mustafayeva ilə əlaqə saxlayın: [email protected].
Xarici tələbələr
Qafqazın ilk idman jurnalistikası proqramına xoş gəlmisiniz. Əgər siz qeyri azərbaycanlı tələbə və ya jurnalistsinizsə, Azərbaycanda və ya kənarda yaşamanızdan asılı olmayaraq idman jurnalistikası sahəsinə həvəsiniz varsa- bu sizin ilk olmağınız üçün bir şansdır ..
İdman jurnalistikası magistr proqramı ingilis dillində tədris olunur və proqram daxilində müxtəlif dil kursları fəaliyyət gostərir.
Bakı Formula 1-dən tutmuş şahmata kimi müxtəlif növ idman oyunlarına müntəzəm olaraq ev sahibliyi edən şəhər kimi tanınır. Bakıda şərait və yaşayış qiymətləri çox münasibdir və ətrafındakı regionlarla təhlükəsiz nəqliyyat vasitələrinə malik bir şəhərdir. Bu da öz növbəsində proqramı Türkiyə, İran, Orta Asiya və keçmiş sovet ölkələri nümayəndələri üçün əlverişli edir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası keçmiş Sovet məkanında ilk idman universiteti olmuşdur və burada bir çox çempionlar yetişdirilmişdir. Daha ətraflı məlumat üçün akademiyanın beynəlxalq şöbəsinin nümayəndəsi Ülviyyə Nuriyeva ilə əlaqə saxlaya bilərsiniz.