Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-06 17:32:00
Ötən il 53 Bakı məktəblisi respublika fənn olimpiadalarında qalib olub

2020-ci ildə 53 Bakı məktəblisi olimpiadada qalib olub.

 

Bu barədə AzEdu.az-a  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 5-i qızıl, 20-si gümüş, 28-i bürünc medal əldə edib. Respublika fənn olimpiadalarında ümumilikdə 53 məktəbli uğur qazanıb.