Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-09 13:10:00
Türkiyənin ən nüfuzlu universitetində tələbələr rektora qarşı etiraz aksiyası keçirdi  - FOTO/VİDEO

Türkiyənin  ən  nüfuzlu  universitetlərindən  biri  olan  Boğaziçi  Universitetində  tələbələr  kütləvi  şəkildə etiraz  aksiyası  keçirib.

 

AzEdu.az  xəbər  verir  ki, hadisə  noyabrın  2-də  həmin  universitetə  yeni  rektorun  təyin  edilməsindən  sonra baş  verib.

 

Belə  ki, təyin  olunan  yeni  rektor  Melih  Buldu  hakim  partiya  olan  Ak  Partinin  sabiq  millət  vəkili  namizədi  olub. Tələbələr  də  yeni  təyin  edilən  rektor  hər  hansı  bir  partiya  tərəfdaşı  olduğu  üçün  demokratik  şəkildə  yeni  rektorun  seçilməsini  tələb  edirlər.

 

Etiraz  aksiyasına  polis  müdaxilə  edib  və  hadisə  nəticəsində  tələbələrdən  bir  neçəsinin  xəsarət  aldığı  bildirilir. Polisin  müdaxilə  etməsi  tələbələri  daha  da  hiddətləndirib. Bir  müddət  sonra  tələbələrə  yaxınlaşan  rektor  onları  sakitləşdirmək  istəyib, ancaq  tələbələr  rektordan  istefa  verməsini  tələb  ediblər.

 

Aksiya  nəticəsində  indi  kimi  36  nəfər  polis  nəzarətinə  götürülüb. Ölkənin  digər  bölgələrindən  də  tələbələrə  dəstək  məqasədi  ilə  insanlar  aksiyalar  təşkil  edir.

 

Tələbələr  bildirir  ki, etirazlar  rektor  dəyişdirilənə  və  ədlətli  şəkildə  başqa  bir  rektor  təyin  edilənə  kimi  davam  edəcək.

 

Qeyd  edək  ki, hadisəni  sadəcə  bir  neçə  televiziya  kanalı  işıqlandırıb. Eyni  zamanda  ölkənin  digər  nüfuzlu  universitetlərinin  tələbələri  də  Boğaziçi  tələbələrinə  dəstək  verib.