
2021-ci il 01-03 aprel tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Universiti Tun Hussein Onn Malaysia (UTHM), Universiti Malaysia Perlis (UniMAP) və T.C. Karabük Universitetinin ortaq təşkilatcılığı ilə Karabük Universiteti Dəmir-Çelik İnstitutunda 5-ci “Beynəlxalq Dəmir-Polad simpoziumu” onlayn farmatda keçiriləcək.
UNiversitetdən AzEdu.az-a verilən məlumata görə, bu beynəxalq simpoziumla bağlı yaradılımış Fəxri komitənin bir üzvü də ADNSU-nun rektoru, professor Mustafa Babanlıdır. Ümumilikdə komitədə universitet rektorları və nazirlər təmsil olunurlar.
Doktorant, dissertant və tədqiqatçılar üçün xüsusi ilə böyük əhəmiyyət kəsb edən simpozium haqqında daha ətraflı məlumatı http://udcs21.karabuk.edu.tr linkindən əldə etmək mümkündür. Həmçinin, simpoziumun ADNSU üzrə korrdinatoru ass. Nurlan Qurbanovla əlaqə saxlamaqla da məlumat ala bilərsiz: (Tel: +994 77 606 05 00, e-mail: [email protected] və ya [email protected].
Qeyd edək ki, məqalə qəbulu üçün son tarix 15 ferval 2021-ci ildir.