
2021-01-15 11:00:00
Şəhid və qazilərin övladları universitetə imtahansız qəbul ediləcək- Türkiyədən DƏSTƏK
Türkiyə universiteti Vətən müharibəsində şəhid və qazi olan hərbiçilərin övladlarının təhsilinə dəstək göstərəcək.
Azedu.az-ın məlumatına görə, Türkiyənin Sivas Cumhuriyet Universiteti ll Qarabağ müharibəsində şəhid və qazi olan insanların övladlarını imtahansız universitetə qəbul edəcək.
Bu gözəl təşəbbüslə TUİB (Türkiyə və Azərbaycan iş adamları və sanayicilər ictimai birliyi) rəhbəri Hüseyin Büyükfırat Sivas Universitetinə müraciət edib.
Universitet rəhbərliyi qərarı müsbət qarşılayıb. Təhsilə dəstək olmaq məqsədiylə həmin tələbələr Türkiyədə yataqxana və ayrıca təqaüdlə də təmin olunacaqlar. Tələbələrin xərcləri TUİB tərəfindən ödəniləcək.
Qeyd edək ki, bu barədə TR 6 TV-nin jurnalisti Şəhla Aslan məlumat verib.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39