
“Ali təhsil haqqında” qanun bu gün gündəmdədir. Bununla bağlı biz Təhsil Nazirliyi olaraq rektorlardan təkliflər istəmişik. Bu gün universitetlərimizin qarşısında duran maneələr nədən ibarətdir? Biz bu maneələri necə dəf edə bilərik? Bir çox rektorlar bizə müraciətlərini ediblər”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli Təhsil Nazirliyi yanında İctimai Şura və “Azedu Academy”-nin birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda virtual müzakirədə deyib:
“Müzakirələr hələ ilkin mərhələdədir. Çərçivə sənədi hazırlandıqdan sonra daha geniş müstəvidə danışıqlar aparılacaq. Həmçinin, bu kimi görüşlərin keçirilməsi çox zəruridir”.
Qeyd edək ki, virtual müzakirənin iformasiya dəstəkçisi Modern.az informasiya agentliyidir.