
UNEC-də “Azərbaycanın Alban Xristian mirası - Xudavəng məbədi” mövzusunda beynəlxalq onlayn konfrans keçiriləcək.
Universitetdən AzEdu.az-a verilən məlumata görə, yanvarın 23-də UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynovanın moderatorluğu ilə keçiriləcək beynəlxalq konfransın açılışında Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Türkiyə Mardin-Diyarbakır Metropoliti Saliba Özmen, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Xudavəng monastırının vaizi Rafik Danakari, Volqoqrad Dövlət Qulluğu Akademiyasının Tarix və siyasət nəzəriyyəsi kafedrasının professoru Riçard Danakari, UNEC Multikulturalizm Mərkəzinin rəhbəri professor Məhəbbət Paşayeva çıxış edəcəklər.
Beynəlxalq konfransda Kanada Toronto Universiteti, Emmanuel Kollecinin professoru Nazilə İsgəndərova, Niderland Azərbaycan Mədəniyyət evinin sədri Elxan Mirhəşimli, Niderland Azərbaycan Mədəniyyət evinin mətbuat katibi Lalə Aydəmirova iştirak edəcəklər.
Beynəlxalq konfrans UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.
Beynəlxalq konfrans 23 yanvar, saat 15:00-da UNEC-in rəsmi Facebook səhifəsindən canlı yayımlanacaq.