
Hazırda Azərbaycan universitetlərində semestr imtahanları davam edir.
Bununla bağlı universitetlərin birində maraqlı bir hal müşahidə olunub. Müəllim, öz tələbələrinə imtahandan sonra vida statusu yazıb.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimi Əli Zalov sevimli tələbələrinə vida statusu yazaraq onlarla sağollaşıb.
AzEdu.az müəllimin tələbələrinə ünvanladığı həmin statusu təqdim edir:
"Azərbaycan Dövlət Pedaqoji Univesitetinin Kimya və Biologiya fakültəsinin “Kimya və Biologiya müəllimliyi”1801-1803b birləşməsinin tələbələrinə...
Mənim əziz tələbələrim, ağıllı övladlarım! İki semestr idi ki, sizlərlə bərabər idim. Sizlə auditoriyada iki dəfə birlikə Analitik kimyanın nəzəri əsaslarına həsr edilmiş mühazirə keçdik. Sonra isə dünyanı cənginə almış pandemiya bizim bütün arzularımızın – sizlərə çox öyrədəcəyimi, sizin isə çox öyrənəcək istəyinizin üstündən xətt çəkdi. Ancaq biz yenədə birlikdə öyrəndik və öyrətdik. Sizə hazırladığım sualların cavablarını bütün semestr boyu araşdırdınız, axtardınız, tapmadıqlarınızı yenidən soruşdunuz və hər dəfə məmuniyyətlə qaranlıq olan fikirlərinizə aydınlıq gətirməyə çalışdım. Ancaq könül istərdi ki, bütün bunlar universitetimizin auditoryalarında sizlərlə üzbəüz olsun. Bu gün sizinlə bərabər olduğum son dərs, son imtahan idi. Həyatda hər şeyin bir sonu olduğu kimi sizinlə dərsimiz və imtahanimiz da bitdi. Dünəndən bəri mənə göndərmiş olduğunuz imtahan tapşırıq cavablarıni yoxlayıb bitirdim. Siz xəbəriniz olmadan mən sizin yazılarınızı oxuya-oxuya … kövrəldim, …sevindim, …müəllim olmağımla, həm də sizə dərs deməyimlə qürur duydum. Sizin əlləriniz toxunduğu, gözlərinizin nuru üzərində qaldığı yazdığınız tapşırıqlardan- sətirlərdən sizin ürək döyüntülərinizi, … həyacanınızı hiss etdim... Bu yazdıqlarınızı vaxtı ilə sizə öyrətdiyim anlar gəldi gözlərimin qarşısına…, …yazdıqlarınızı oxumaqdan yorulmadım, doymadım. Səhvləriniz məni kədərləndirdi, doğrularıniz məni sevindirdi. …İnanı ki, çox möhtəşəm idiniz, auditoriyada olduğunuz kimi sətirləriniz, cavablariniz, hətta köçürmələriniz də möhtəşəm idi... Klassik tələbə dəsti xətt, …qədim tələbə üsulu.
…Bəlkədə daha yollarımız kəsişməyəcək, bəlkə, bir də sizin kimi möhtəşəm birləşməyə mahazirə deməyəcəyəm. Sizləri çox sevdim, kusmələriniz, sevinciniz, kədəriniz, uğurlarınız möhtəşəm idi... Sizin hər birinizə “A” yaza bilmədiyim üçün üzüldüm... Bəzilərinizin yazdıqları buna imkan vermədi... Hamınıza “A” yaza bilmədiyim üçün məni bağışlayın... İnanin ki, sizə “B” yazanda ürəyimdə mənim bu tələbəm “A” ya layiqdir deyirdim….
Həmişə sizin müəlliminiz olduğum üçün qürur duyacaq, sizinlə fəxr edəcəyəm... Mənim əziz tələbələrim sizi heç vaxt unutmayacam...
Həyat yolunda sizə uğurlar diləyirəm...
Hörmətlə, sizin Əli müəllim."
Qeyd edək ki, pandemiya səbəbi ilə son iki semestr imtahanları onlayn olaraq təşkil edildi.