
Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Nəbiyev Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
AzEdu.az yeni Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin təhsil dosyesini təqdim edir:
R.Nəbiyev 26 avqust 1977-ci ildə ildə anadan olub. 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi qazanıb. 2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.
Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.
2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib. 24 yanvar 2011-ci ildə Rəşad Nəbiyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib. 26 yanvar 2021-ci il tarixində isə prezidentin sərəncamı ilə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunub.