
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2020/2021-ci tədris ilinin yaz semestrinə magistratura səviyyəsi üzrə əcnəbi tələbələrin qəbuluna başlayıb.
Universitetdən AzEdu.az-a verilən məlumata görə, magistratura proqramlarına müraciət etmək istəyən əcnəbi namizədlərin aşağıdakı link üzərindən qeydiyyatdan keçməklə lazım olan sənədləri sistemə daxil etmələri tələb olunur: http://kabinet.unec.edu.az/az
Proqrama yalnız bakalavr təhsilini bitirmiş əcnəbi namizədlər müraciət edə bilər.
Müraciət üçün son tarix: 5 fevral 2021-ci il
Müraciət üçün əlaqə: [email protected]
Qeyd: Bakalavr diplomlarını xarici universitetlərdən almış namizədlərin xarici diplomlarını Azərbaycanda nostrifikasiya etdirmələri tələb olunur. Nostrifikasiya üçün xarici diplomlara həmin ölkənin müvafiq strukturları tərəfindən apostil alınması lazımdır.