
2021-01-28 16:16:00
LDU Türkiyə universitetləri ilə əməkdaşlığını genişləndirir
28 yanvar 2021-ci il tarixində Türkiyə Cümhuriyyətinin Çukurova Universitetinin “Bitki Mühafizəsi” bölümünün rəhbəri professor Sadəttin Baloğlu və Adanada yerləşən “ERZA” meyvə-tərəvəz ticarət şirkətinin nümayəndəsi Erdən Zaman Lənkəran Dövlət Universitetində (LDU) olub.
Universitetdən AzEdu.az-a verilən məlumata görə, Türkiyəli qonaqları universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib.Qarşılıqlı analaşma şəraitində keçən söhbət zamanı universitetlər arasında ikili əməkdaşlığın genişlənməsi, müəllim və tələbə mübadiləsi, Türkiyədə fəaliyyət göstərən peşəkar kadrların LDU-ya cəlb edilməsi istiqamətində müzakirələr aparılıb. Həmçinin, aqrar, qida məhsulları və informasiya texnologiyaları sahələri üzrə mütəxəssislərin hazırlanmasının daha da təkmilləşdirilməsi barədə fikir mübadiləsi edilib.
Professor S.Baloğlu LDU ilə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə universitet rəhbərliyini Çukurova Universitetinə dəvət edib.
Qeyd edək ki, bu, prof. Sadəttin Baloğlunun LDU-ya 2-ci səfəridir.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39