
2021-01-31 14:45:00
Bu universitetlərə qəbul yalnız müsahibə əsasında baş tutur
Birləşmiş Ərəb Əmirliklərində dövlət tərəfindən hər doğulan uşağa küllü miqdarda vəsaitin ödənilməsi (geniş yayılmış söhbətlərdə 10 minlərlə dollar məbləği hallandırılır) mifdir, həqiqəti əks etdirmir. Əslində bu məbləğ uşağın valideyninin harada işləməsindən (sığorta olunmasından) asılıdır və 800-1000 ABŞ dolları civarında dəyişir. Uşağın anası isə cəmi 6 ay müddətində müavinət (uşaq pulu) alır.
Lakin bu vəsaitləri yalnız BƏƏ vətəndaşları ala bilir, onlar isə həmin ölkənin cəmi 10%-ni təşkil edir (yəni, ölkə əhalisinin 90% əcnəbilərdən ibarətdir).
Digər tərəfdən, yüksək səviyyədə təchiz olunan doğum klinikalarında (5 ulduzlu otelləri xatırladır) BƏƏ vətəndaşlarına bütün xidmətlər pulsuz təqdim olunur. Əcnəbilərə həmin xidmətlər 5 min ABŞ dolları civarında başa gəlir, lakin ağır doğüş və ya təcili tibbi yardım vasitəsilə doğum evinə gətirilən pasiyentlərə eyni xidmətlər pulsuz təqdim olunur.
TƏHSİL.
BƏƏ-də dövlət təhsil müəssisələrində (istər orta,istər ali) təhsil pulsuzdur (ödənişsizdir). Lakin dövlət məktəblərindən yerli vətəndaşlar, demək olarkı istifadə etmirlər. Həmin məktəblərə əsasən əcnəbilər üz tuturlar.
Özəl məktəblərdə isə təhsil haqqı ilinə 1500-10000 ABŞ dolları civarında dəyişir.
Ali təhsilə qəbul yalnız müsahibələrlə baş tutur, hər hansı imtahan yoxdur. Hətta Tibb Universitetinə belə eyni qaydadır.
Təhsilin təchizatı və keyfiyyəti istər dövlət, istər özəl müəssisələrində eynidir.
Müəllimin əmək haqqı: yerli vətəndaşlar üçün 3000-5000 ABŞ dolları civarında, əcnəbi müəllimlər üçün təxminən 1500 ABŞ dolları.
GENDER.
BƏƏ-də qadınla kişi arasında heç bir fərq yoxdur, istər təhsildə, istər karyerada, istər ailədə hər ikisi eyni hüquqa malikdirlər. Çoxarvadlılığa rəsmi sürətdə icazə verilsə də, təcrübədə tək-tük kişilər bundan istifadə edirlər.
PENSİYA.
Pensiyaya çıxan işçi həyatının sonunadək sonuncu maaşının məbləği qədər pensiya alır. Lakin bunun müəyyən hissəsini dövlət, digər hissələrini isə sosial sığorta və sonuncu işəgötürən ödəyirlər.
KOMMUNAL XİDMƏTLƏR.
5 sotluq torpaq sahəsində yerləşən 2 mərtəbəli villanın aylıq kommunal xərcləri 150-200 ABŞ dolları civarında dəyişir.
VƏTƏNDAŞLIQ.
BƏƏ vətəndaşlığını yalnız 3 halda əldə etmək olar: 1. BƏƏ kralının həyatına təhlükə olarsa onu xilas edən şəxsə verilir;
2. Hər iki valideyni BƏƏ-n vətəndaşı olana;
3. BƏƏ-nə küllü miqdarda investisiya yatırana (məbləğ açıqlanmır).
İQTİSADİYYAT
BƏƏ-nin iqtisadiyyatı əsasən neft satışı, turizm və ticarət üzərində qurulub. Dubay dünyanın ən əlverişli və məşhur turizm shoppinqi marşrutuna daxildir.
QEYD-BƏƏ-də yoxsul insan yoxdur, çünki dövlət həmin insanlara qayğı və yardım göstərir, dərhal işlə təmin olunmasına dəstək olur. Adətən bu kimi insanlar xadimə, ailə xidmətçiləri və sair işlə təmin olunub, ayına 400-800 ABŞ dolları civarında maaş almaq imkanını əldə edirlər.
22 tam orta məktəbin direktoru,hüquq üzrə fəlsəfə doktoru,
Bakı İnsan hüquqları məktəbi İB Prezidenti Azər Ələkbərov
Bakı İnsan hüquqları məktəbi İB Prezidenti Azər Ələkbərov
Bu bölməyə aid digər xəbərlər
12 istedadlı gəncimiz xarici universitetlərə qəbul olunub
2023-07-21 10:33:05
Macarıstanda təhsil alacaq azərbaycanlı gənclər SEÇİLDİ
2023-07-06 09:42:17
Xaricdə təhsil üçün müraciətlərin sayı: 600-ü təsdiqlənib
2023-06-24 16:42:00
Azərbaycanlı gənclər bu xarici ölkələrdə təhsil alırlar - SİYAHI
2023-06-22 10:47:00
Xaricdə təhsil şirkətlərini necə seçməliyik ? - TÖVSİYƏLƏR
2023-06-20 14:02:41
Şagirdlərimiz Beynəlxalq Olimpiadada uğur qazanıblar - ADLAR
2023-06-19 12:07:13
Qadınlar informasiya texnologiyası üzrə peşələri pulsuz öyrənəcəklər
2023-06-05 11:38:00
Yeni ali təhsil sisteminə keçən 6 universitetin adı açıqlandı
2023-05-15 11:27:00
Əcnəbi tələbələrin sayı kəskin azalıb
2023-05-15 10:50:00
1-ci kurs tələbəsi dövlətə xəyanətdə ittiham olunur
2023-05-15 09:33:00