
2021-02-05 09:15:00
Dövlət qulluğuna qəbul imtahanı Gəncədə də keçiriləcək
Dövlət qulluğuna qəbul imtahanları Bakı ilə yanaşı, Gəncə şəhərində də keçiriləcək.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə feysbuk səhifəsində yayımlanan "Müzakirə vaxtı" verilişində deyib.
Onun sözlərinə görə, bu, bir ilkdir. Çünki adətən dövlət qulluğuna qəbul imtahanları Bakıda baş tuturdu:
"Amma mart ayının 7-si keçirilməsi nəzərdə tutulan dövlət qulluğuna qəbul imtahanının test mərhələsi həm Bakıda, Gəncədə baş tutacaq. Ətraf rayonlardan kimə Gəncə yaxındırsa, o, Gəncədə imtahan verə biləcək. Bakı üzrə 2 000 yer, Gəncəyə isə 500 yer ayrılıb. Hələ ki, kifayət qədər yer var. Müraciət etmək istəyənlər qeydiyyatdan keçə bilərlər”.
Bu bölməyə aid digər xəbərlər
Peşə tanınması imtahanı keçirilib
2024-05-04 11:47:35
DİM-də təlim keçirilib
2024-05-03 14:44:39
DİM 9 illik səviyyədə üzrə növbəti imtahanlar keçirəcək
2024-05-02 14:36:57
TOEFL iBT imtahanı keçirilib
2024-05-01 15:26:26
DİM-də növbəti təlim
2024-04-29 17:37:15
DİM-də təlim keçirilib
2024-04-29 16:40:00
İngilis dili fənni üzrə ekspertlərlə görüş keçirilib
2024-04-29 16:27:04
Hakimliyə namizədlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-04-26 17:46:41
GRE General Test imtahanı keçirilib
2024-04-25 15:10:00
Beş nəfərin nəticəsi ləğv olunub, 6 nəfər 300 bal toplayıb
2024-04-19 20:21:00