
Fevral ayının 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar və təhsilalanların fiziki iştirakını tələb edən fənlər üzrə tədrisi ənənəvi formada bərpa olunacaq.
Bəs bu hal son kurs tələbələrinə də aiddir? Tələbələr təcrübə müddətində iştirak edə biləcək?
Azərbaycan Respublikasının Təhsil Nazirliyi AzEdu.az-ın sorğusuna cavab olaraq bildirib ki, bir çox ali təhsil müəssisəsində təcrübənin keçirilməsi nəzərdə tutulur:
“Ali təhsil müəssisələrinin müvafiq ixtisaslar üzrə tədris qrafikinə uyğun olaraq fevral ayının 15-dən bir çox ali təhsil müəssisələrində təcrübənin keçirilməsi nəzərdə tutulur. Təcrübələrin keçirilməsi məsələsi ölkədəki sanitar-epidemioloji vəziyyətdən və müəssisələrin fəaliyyətindən asılı olacaq.”
Qeyd edək ki, artıq ölkəmizdə təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək.