
“Müəllim hansı qəzeti oxumaq istəsə, ona könüllü abunə yazılır” – “Məcburi abunəliyə” münasibət
Respublikanın orta ümumtəhsil müəssisələrində zaman-zaman məcburi “abunəlik” anlayışına, eyni zamanda test kitabçalarının məcburən şagirdlərə satılması kimi hallara rast gəlinir.
AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin İctamiyyətlə Əlaqələr Şöbəsinin sektor müdiri Cəsarət Valehov sosial şəbəkədə canlı yayım zamanı məktəblərdə abunəlik, BSQ və KSQ üçün ödəniş olunması məsələsinə də toxunub. O, orta ümumtəhsil müəssisələrindəki “abunəlik” anlayışına aydınlıq gətirib:
“Orta məktəblərdə müəllimin abunəliyi deyilən anlayış yoxdur. Müəllimin hansısa qəzetə xüsusi marağı, tələbi varsa və onu oxumaq istəyirsə, könüllü olaraq ona abunə yazıla bilər. Amma bu, məcburi deyil”.
C.Valehov testlər üçün şagirdlərdən ödəniş tələb olunmasının qanunsuzluğundan söz açıb:
“Böyük Summativ Q iymətləndirmə (BSQ) və Kiçik Summativ Qiymətləndirmə (KSQ) testləri isə dövlət hesabınadır. Onun üçün pul yığılması qanunsuzdur”.