
Fevralın 7-si tələbələrin köçürülməsi prosesinə müraciət üçün qeydiyyat yekunlaşdı.
Bəzi tələbələr həftə sonu müraciət etmək üçün sayta daxil olduqları zaman texniki problemlə üzləşdiklərini bildirirlər.
Bu halda köçürülmə üçün müraciət müddəti uzadıla bilərmi?
Təhsil Nazirliyi bununla bağlı AzEdu.az-ın sorğusunu cavablandırıb:
“Tələbələrin köçürülməsi sistemi 7 gün açıq olub və 2721 tələbə qeydiyyatdan keçib. Bütün müraciətlər hazırda emal olunur. Qeydiyyat müddətinin uzadılması ehtimalı yoxdur.”
Köçürülmə üçün müraciətlər 1 – 7 Fevral tarixləri müddətində həyata keçirildi.
Qeyd edək ki, tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir.