
Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası ilə AzEdu Academy-nin ortaq layihəsi olan Lütfi Zadə adına təqaüdü alacaq tələbələr məlum oldu.
AzEdu.az xəbər verir ki, onlardan biri Bakı Dövlət Universitetinin tələbəsi Məmmədova Aygündür.
Məmmədova Aygün İlkin qızı Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin (komputer elmləri ixtisası üzrə) III kurs tələbəsidir:
“Hazırda Quba rayonunda yaşayıram.Atam Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, II qrup əlildir.Müharibə zamanı ayağından güllə yarası alıb, ürək əməliyyatı keçirib, hazırda işləmir.”
Təqaüdü təhsilim üçün dəyərləndirəcəm
Diqqətimi əsasən təhsilimə yönəltməyə, özümü inkişaf etdirməyə çalışıram. İxtisasım üzrə müxtəlif dillər öyrənirəm.Universitetlərdə ənənəvi tədris bərpa olunduqdan sonra ixtisasım üzrə kursa getmək istəyirdim. Mənə təyin edilən təqaüdü əsasən bu istiqamətdə dəyərləndirəcəm.
Mənəvi dəstək önəmlidir
Düşünürəm ki, qazi və şəhid övladlarına istər təhsil istiqamətində, istərsə də həyatlarının digər sahələrində maddi dəstəklə yanaşı mənəvi dəstək verilməldir. Mənəvi dəstək daha önəmlidir.
Qeyd edək ki, Aygün,universiteti bitirdikdən sonra əvvəlcə magistratura üzrə təhsilini davam etdirmək, daha sonra isə işləmək istədiyi bildirib.