
2021-02-15 14:43:00
AzTU-nun yeni devizi açıqlandı
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə-rektoru Əli Abdullazadə universitetin yeni devizini açıqlayıb.
AzEdu.az xəbər verir ki, bununla bağlı tələbələrə müraciət ünvanlanıb.
Müraciəti təqdim edirik:
“Əziz tələbələr!
Bu gün yeni devizimizi sizinlə bölüşmək istərdim: “Birliyimiz gücümüzdür!”
Bu devizimiz komanda işimizin göstəricisi olaraq son aylarda yaşadığımız Qələbəmizin yaratdığı mövcud şəraitə uyğun hazırlanıb.
Son bir ildə universitetimizin inkişafı üçün yeni qərarlar qəbul olundu ki, bunların da hamısı komanda işinin nəticəsində baş verdi.
Burada əsas məqsədimiz sıfır kəsrli tələbələr yetişdirmək, şəffaf rəqabət mühitini yaratmaq idi və demək olar ki, bu mühit artıq yaranıb. Lakin sıfır kəsrli tələbə ifadəsini də düzgün başa düşməliyik və bundan sui istifadə etməməliyik.
AzTU-da oxuyan və əziyyət çəkən hər bir tələbə layiq olduğu qiymətlərlə mükafatlandırılır. Bundan sonra da məqsədimiz müəllim və tələbə münasibətlərinin yaxşılaşdırılması, komanda olaraq universtimizin imicini daha yaxşı hala gətirməyimiz üçün çalışmaqdır.
Təhsil və elmi işlərlə yanaşı sosial həyatda da aktivlik nümayiş etdirməli, layihələr işləmək, elmi məqalələr yazmaq və innovasiyaları öyrənməklə universitetimizin adına layiq olmağa çalışmalıyıq.
Birliyimiz gücümüzdür!
AzTU tələbələri olaraq biz həmişə komanda kimi işləməliyik, bunun üçün bütün bilik və bacarıqlarımızı əziz müəllimlərimizin əməyi ilə birləşdirməliyik!”
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39