
2021-02-17 12:11:00
Magistraturaya sənəd qəbulu son yaxınlaşır-DİM
Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 9-dan başlayıb və 18 fevral saat 23:59-dək davam edəcək.
AzEdu.az DİM-ə istinadən xəbər verir ki, sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir.
Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə aşağıdakı linkə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
İmtahan 2021-ci il fevralın 28-də keçiriləcək.
Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.
Bu bölməyə aid digər xəbərlər
Peşə tanınması imtahanı keçirilib
2024-05-04 11:47:35
DİM-də təlim keçirilib
2024-05-03 14:44:39
DİM 9 illik səviyyədə üzrə növbəti imtahanlar keçirəcək
2024-05-02 14:36:57
TOEFL iBT imtahanı keçirilib
2024-05-01 15:26:26
DİM-də növbəti təlim
2024-04-29 17:37:15
DİM-də təlim keçirilib
2024-04-29 16:40:00
İngilis dili fənni üzrə ekspertlərlə görüş keçirilib
2024-04-29 16:27:04
Hakimliyə namizədlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-04-26 17:46:41
GRE General Test imtahanı keçirilib
2024-04-25 15:10:00
Beş nəfərin nəticəsi ləğv olunub, 6 nəfər 300 bal toplayıb
2024-04-19 20:21:00