Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-22 17:20:00
Azərbaycanlı müəllimin layihəsi Avropa mükafatına layiq görüldü

Cari  ildə “#eTwinning” layihəsi  çərçivəsində  ölkələr  üzrə  ümumilikdə 118  mindən  çox  layihə  mükafatlandırmada  iştirak  edib.

 

Təhsil  Nazirliyindən  AzEdu.az- a  verilən  məlumata  görə, onlardan  yalnız  8 layihə  Avropa  Mükafatına  layiq  görülüb

 

Həmin  layihələrdən  biri  Azərbaycanlı  müəllimin  icra  etdiyi  “The Champion of the World”  layihəsidir.

 

Layihənin  icraçısı  Mətanət Əhədova bildirib ki, icra etdiyi layihənin məqsədi gənclərdə ədəbiyyata, mütaliəyə sevgi və həvəs aşılamaq olub. 2019-cu ildə Rumıniya ilə birgə icrasına başladığı layihə digər ölkələrin müəllim və şagirdləri tərəfindən də böyük maraqla qarşılanıb. Belə ki, Türkiyə, Xorvatiya, Albaniya, Ukrayna, Serbiya, ümumilikdə 12 ölķədən 31 məktəb layihəyə qoşulub. Layihə rəhbəri Mətanət Əhədova ilə yanaşı, Bakı Avropa Liseyinin daha bir müəllimi Sədaqət Nəsirli də iştirakçı olub.

 

Qeyd edək ki, 3 mərhələdə keçirilən “eTwinning” mükafatlandırmasında cari ildə Azərbaycan üzrə 681 layihə iştirak edib. Müsabiqənin I mərhələsində 556 layihə Milli Keyfiyyət Nişanına, II mərhələsində 161 layihə Avropa Keyfiyyət Nişanına və III mərhələdə 1 layihə qalib elan olunaraq Avropa Mükafatına layiq görülüb.