
Son bir ayda ölkəmizdə intihar hadisələri gündən – günə artır.
İntihar edən şəxslərin əksəriyyətinin tələbə olması isə xüsusi diqqət çəkir.
Ölkəmizdə tələbələrin intihar hadisələrinin müşahidə edilməsi təəssüf ki, ilk dəfə deyil.
AzEdu.az Azərbaycanda son illərdə baş verən tələbə intiharlarından bir neçəsini təqdim edir.
1.2013 - cü ilə 20 yaşlı Nilufər Aqşin qızı Məhərrəmova özünü yaşadığı binanın 6- cı mərtəbəsindən atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Nilufər Məhərrəmova Mingəçevir Politexnik İnstitutunun III kurs tələbəsi idi. Onun siyasi təşkilatla əlaqəsi olduğu və yayımladığı məqalə səbəbi ilə intihar etdiyi iddia olunsa da, araşdırmalar nəticəsində bu iddianın əsassız olduğu ortaya çıxıb. İntihar səbəbi kimi onun psixoloji durumu və bu səbəblə bir neçə dəfə müalicə alması müəyyən olunub.
- 2014 – cü ildə 1995- ci il təvəllüdlü Etibar Nazim oğlu İmamzadə özünü ağacdan asaraq intihar edib. O, Azərbaycan Texniki Universitetinin ikinci kurs tələbəsi olub. E. İmamzadə facebook sosial şəbəkəsində intihardan bir müddət öncə “Sabah ya da birisi gün bəlkə getdim “facebook”dan. Özü də həmişəlik” statusunu yazıb.
- 2015 – ci ildə 1996-cı il təvəllüdlü, Ağalar Əflatun oğlu Ağalarlı özünü ağacdan asaraq intihar edib. O, Bakıda Texniki Universitetin “Energetika” fakültəsinin II kursunda təhsil alırdı. Ölüm səbəbi ilə bağlı bir neçə versiyanın olması, ancaq araşdırmaların davam etdiyi bildirilib. Ancaq əsas səbəb kimi daha dəqiq olaraq kəsri olması səbəbi ilə intihar etdiyi versiyası göstərilib.
- 2016 – cı ildə Maarif Hüseyn oğlu Abbasov özünü yataqxananın 11- ci mərtəbəsindən ataraq intihar edib. O, Bakı Ali Neft Məktəbinin 4- cü kurs tələbəsi olub. Tələbənin atası oğlunun əlaçı tələbə olduğunu və birdən – birə əslində onun bir neçə fəndən kəsri olduğunu öyrəndiklərini deyib. Hadisə ilə bağlı tələbənin dostları intihara səbəb kimi tələbənin valideynlərini günahlandırıb və onlara qarşı etirazlarını bildiriblər.
- 2018 – ci ildə 1996-cı il təvəllüdlü Ramiz Şahmalıyev özünü asaraq intihar edib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin IV kurs tələbəsi olan gənc replə məşğul olub. Kiçik araşdırma zamanı intihardan təxminən iki həftə öncə gəncin təqdim etdiyi son trekindəki “Yaxşısı ölüm gedim, mənim yerim məzardı” sözləri xüsusi ilə diqqət çəkib. O replərində daha çox pessimist ruhda sözlərə yer verib.
- 2019 – cu ildə 1999- cu il təvəllüdlü Elməddin Vüqar oğlu Bəşirov yaşadığı Binə qəsəbəsindəki evdə özünü asaraq intihar edib. O, Sumqayıt Dövlət Universitetinin II kurs tələbəsi olub.
- 2020 – ci ilin fevral ayında 1998- ci il təvəllüdlü Qurbanov Müzəffər Qəzənfər oğlu özünü dənizə ataraq intihar edib. O, Sumqayıt Dövlət Universitetinin IV kurs tələbəsi olub. Tələbə yoldaşları bildiriblər ki, Müzəffər Qurbanov intihar etməzdən əvvəl dəfələrlə azyaşlı qardaşının itkisinə dözə bilmədiyini və ona tezliklə qovuşacağını söyləyib. Sonradan isə 2017-ci ildən sevdiyi qızın başqası ilə nişanlanması ona böyük zərbə olub və bu barədə öz sosial səhifəsində paylaşım edib.
- 2020 – ci iliniyun ayında 1999-cu il təvəllüdlü Nağıyeva Günel Bəhram qızı binanın 18- ci mərtəbəsindən özünü ataraq intihar edib. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təsviri incəsənət müəllimliyi ixtisasının III kurs tələbəsi olub. Tələbə yoldaşlarının sözlərinə görə, istəmədiyi adamla ailə həyatı qurmağa məcbur edildiyi üçün, təəssüf ki, çıxış yolunu bu addımda görüb.
- 2020 – ci iliniyul ayında Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Ramil Kazımov intihar edib.
Qeyd edək ki, mərhum sözügedən universitetin İqtisadiyyat fakültəsinin üçüncü kurs tələbəsi olub.
- 2021 - ciil yeni başlamasına baxmayaraq artıq ard- arda intiharlar müşahidə olunur. Fevral ayının əvvəli Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında təhsil alan tələbə Ramil Axundov intihar edib. Sözügedən tələbə Tələbə Gənclər Təşkilatının sədri olub. Gəncin hansı səbəbdən bu addımı atdığı hələlik məlum deyil.
- Fevral ayının 19 – u isə 20 yaşlı Sevil Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20- ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. O, Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi olub.
İntihar səbəbi kimi ailəsi tərəfindən psixoloji və fiziki şiddətə məruz qalması ilə bağlı müəyyən dəlillər var. Ancaq hadisənin dəqiq səbəbləri araşdırılır.
- Son olaraq isə Fevralın 21- i Sumqayıt şəhərində 2001-ci il təvəllüdlü Vüsalə Rəhimli özünü dənizə ataraq intihar edib. O, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin IV kurs tələbəsi olub. Hadisə şahidlərinin sözlərinə görə, gənc qız bir neçə dəfə dənizin sahilinə yaxınlaşsa da geri çəkilib. Gənc qızın hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, yuxarda sadalanan intiharlar bu günə kimi Azərbaycanda baş verən tələbə intiharlarının sadəcə bir qismidir.