
S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının 11-ci sinif şagirdi İsmayıl Ələsgərov məşhur xarici universitetlərdən birinə qəbul olub.
AzEdu.az xəbər verir ki, sözügedən şagird gimnaziyanın riyaziyyat fənni üzrə olimpiadaçısıdır.
O, SAT və İELTS imtahanlarında yüksək nəticə toplayaraq Hollandiyanın Groningen Universitetinin Computer Science ( Kompüter elmləri) fakültəsinə qəbul olunub.
İsmayıl Ələsgərov SAT və İELTS üzrə “Nömrə 1” tədris mərkəzində müəllim Umud Babaşov tərəfindən hazırlıq keçərək imtahanda yüksək nəticə qazanıb.
Başda gimnaziyanın direktoru İlqar Talıbov, direktor müavini Leyla Hacıyevanı , bütün məktəb kollektivini və müəllim Umud Babaşovu təbrik edirik.
Qeyd edək ki, şagirdin nəticələrinə əsasən, yüksək təqaüdlə digər universitetlərdən qəbul alması da gözlənilir.