
Mingəçevir Dövlət Universiteti (MDU) Ukraynanın qabaqcıl universitetlərindən olan Kiyev Milli iqtisadiyyat Universiteti (KNEU) ilə qarşlıqlı əməkdaşlıq edəcək.
AzEdu.az-dan verilən məlumata görə,KNEU-nun zəngin təcrübəsindən və yüksək potensialından faydalanmaqla, MDU-da ilk növbədə İqtisadiyyat və idarəetmə fakültəsinin təkmilləşdirilməsi nəzərdə tutulur.
KNEU və MDU arasındakı əməkdaşlıq çərçivəsində universitet əməkdaşları arasında qarşılıqlı olaraq, müxtəlif mövzularda müharizələr oxunacaq.
İlk mühazirə 2021-ci ilin 2 mart tarixində saat 13:00-da KNEU-nun müəllimi Elena Proxorova tərəfindən “Kiyev Milli İqtisadiyyat Universitetində pandemiya dövründə onlayn və ənənəvi təhsil” mövzusunda “ZOOM” platforması üzərindən onlayn olaraq keçiriləcək.
Mühazirədə iştirak etmək istəyənlər [email protected] elektron poçt ünvanına müraciət göndərə bilər.
Növbəti mühazirənin MDU-nun akademik heyəti tərəfindən Kiyev Milli İqtisadiyyat Universitetinin tələbə-magistrantları və professor-müəllim heyəti üçün təşkil edilməsi planlaşdırılıb.