
Təhsil Nazirliyi tabeliyində olan internat məktəbləri ilə bağlı statistika açıqlayıb.
AzEdu.az xəbər verir ki, Nazirlik sistemindəki təhsil müəssisələrində təlim-tərbiyə alan 10 660 şagirdddən 2 765-i bu müəssisələrdə gecələyir. 2017-ci ildə 18 nəfər uşaq internat məktəblərindən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Həmçinin Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 2 nəfər uşaq övladlığa verilib. Keçən il valideyn himayəsindən məhrum olan uşaqları övladlığa götürmək istəyən 18 müraciətçi qeydə alınıb.
Cari il dövlət uşaq müəssisələrində təlim tərbiyə alan 5 uşaq üçün doğum haqqında şəhadətnamə, 5 uşaq şəxsiyyət vəsiqəsi, 5 uşaq üçün müvəqqəti yaşama icazəsi, 4 nəfər üçün ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə, 2 uşaq üçün vətəndaşlıq, 2 uşaq üçün əlillik dərəcəsi, 5 uşağın valideynlərini ölümü haqqında şəhadətnamə, 9 uşaq üçün isə ümumvətəndaş pasportları alınıb.
Qeyd edək ki, hazırda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 30 internat məktəbində 1 3434 müəllim çalışır.