
2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr və magistratura təhsil pillələrində təhsil alan tələbələrin 83,91%-i təqaüd alır ki, bu da tələbələrin tədris prosesində yüksək bilik nümayiş etdirməsinin göstəricisidir.
AzEdu.az xəbər verir ki, universitet üzrə bütün tələbələrin 48%-i əlaçı və zərbəçi təqaüdü alır. Magistratura pilləsi üzrə əlaçı və zərbəçi təqaüdü alan tələbələr magsitrantların 88,3%-ni təşkil edir. Bakalavriatura və magistratura pillərində təhsil alan və təqaüd qazanan bütün tələbələrin 21%-i ödənişli əsaslarla təhsil alan tələbələrdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2016-cı ildən başlayaraq ödənişli əsaslarla təhsil alan tələbələrə də ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə təqaüdün verilməsi tələbələr arasında rəqabət mühitinin daha da inkişafına gətirib çıxarıb.