
2021-03-05 12:37:00
Magistratura imtahanı iki dəfə olacağı üçün çətinləşdirilib? - AÇIQLAMA
“Magistraturaya qəbul imtahanı iki dəfə keçiriləcəyi üçün qəbul imtahanı suallarının çətin salınması barədə iddialar doğru deyil”.
AzEdu.az xəbər verir ki, bu sözləri “ARB 24”ün “İş vaxtı” verilişində danışan Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə bildirib.
O bildirib ki, ötən illə müqayisədə nəticələrin yaxşı olması da bunu sübut edir:
“Biz dəfələrlə elan etmişik ki, pandemiya ilə əlaqədar vəziyyət əlverişli olarsa, magistraturaya qəbul imtahanı ikinci dəfə keçirilə bilər. İkinci imtahanda iştirak məcburi deyil və bakalavrın şəxsi istəyindən asılıdır. Əslində bu qərarı bakalavrlar müsbət qarşılayırlar. Ona görə də hesab edirəm ki, bu, doğru olmayan fikirdir”.
Bu bölməyə aid digər xəbərlər
Peşə tanınması imtahanı keçirilib
2024-05-04 11:47:35
DİM-də təlim keçirilib
2024-05-03 14:44:39
DİM 9 illik səviyyədə üzrə növbəti imtahanlar keçirəcək
2024-05-02 14:36:57
TOEFL iBT imtahanı keçirilib
2024-05-01 15:26:26
DİM-də növbəti təlim
2024-04-29 17:37:15
DİM-də təlim keçirilib
2024-04-29 16:40:00
İngilis dili fənni üzrə ekspertlərlə görüş keçirilib
2024-04-29 16:27:04
Hakimliyə namizədlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-04-26 17:46:41
GRE General Test imtahanı keçirilib
2024-04-25 15:10:00
Beş nəfərin nəticəsi ləğv olunub, 6 nəfər 300 bal toplayıb
2024-04-19 20:21:00