
UNEC-də Vətən müharibəsi şəhidlərinə həsr olunan “ZƏFƏR” adlı veb proqramlaşdırma təlimlərinə start verilib.
AzEdu.az xəbər verir ki, Rəqəmsal İqtisadiyyat fakültəsi və Coders Azerbaijan veb proqramlaşdırma mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlimlər 1 ay müddətində ödənişsiz davam edəcək.
Təlimlərin məqsədi tələbələrin texnologiya sahəsində inkişafı, onların gələcəkdə bu sahədə uğurlu olmalarına dəstək göstərməkdir.
Kursun sonunda yarış həftəsi təşkil olunacaq. İlk 3 yerin qaliblərinə diplom, pul mükafatı və Coders Azerbaijan tərəfindən endirim paketləri təqdim ediləcək. Layihənin bütün iştirakçıları sertifikat ilə təltif ediləcəklər.
1-ci yer 150 manat + Coders Azerbaijan tərəfındən 500 manatlıq kupon
2-ci yer 100 manat + Coders Azerbaijan tərəfındən 300 manatlıq kupon
3-cü yer 50 manat + Coders Azerbaijan tərəfındən 100 manatlıq kupon
Müraciət edən 474 tələbə arasından 60 şanslı namizədlə 2 həftəni geridə qoymuş kurs tələbələri veb proqramlaşdırma sahəsində sürətlə inkişaf etdirməyə davam edir.