
İtaliyanın Milan şəhərində Avropa İnsan Genetikası Cəmiyyətinin təşkilatçılığı ilə “Genetikanın psixososial aspektləri” mövzusunda elmi konfrans keçirilib. Dünya ölkələrindən tanınmış professor, həkim, bioloq və gənc tədqiqatçıların iştirak etdiyi konfransda “Perinatal genetika”, “Xərçəng zamanı DNT zədələnmələri və onların bərpası”, “Populyasiyanın genetikası”, “Metabolik və mitoxondrial xəstəliklər”, “Sonsuzluğun genetikası”, “İntellektual pozğunluqlar”, “Ürək-damar xəstəlikləri” və digər mövzularda çıxışlar dinlənilib.
AzEdu.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizi həmin konfransda ATU-nun tibbi biologiya və genetika kafedrasının əməkdaşları Aynur Ənsərova, Gülnarə Vəliyeva, Xədicə Yusufova və Aysel Həşimova təmsil ediblər.
Tədbirin yekununda iştirakçılara sertifikatlar verilib