
Ali məktəblərdə çalışan müəllimlərə dünyanın bir çox ölkələrində olduğu kimi tədris yükü ilə yanaşı tədqiqata görə də vəsaitin verilməsi ilə bağlı aidiyyəti üzrə müracət edilb.
AzEdu.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Hesabatda qeyd edilib ki, elmi tədqiqat işi ali təhsil müəssisələrində müəllimlərin əməhaqqına təsir edən amillərdən biridir.
Eyni zamanda aparılan elmi tədqiqat işlərinin nəticələri professor – müəllim heyətinin müəyyən vəzifələrə seçkisi və təyin olunması zamanı da nəzərə alınır.
“Bu məqsədlə hər sahə üzrə bir ali məktəbin tədqiqat universitetinə çevrilməsinə maliyyə vəsaitinin ayrılması məqsədəmüvafiq olardı” – deyə hesabatda bildirilib.
Qeyd edək ki, 2014-cü ildən başlayaraq elmi tədqiqat işləri ilə bağlı ali təhsil müəssisələriüzrə nəzərdə tutulan xərclər dövlət büdcəsindən çıxarılaraq Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu üzrə xərclərdə nəzərdə tutulub.