
“Nizami” layihəsi çərçivəsində doktorantura təhsili üzrə milli idarəetmə portalı yaradılıb.
AzEdu.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında qeyd edilib.
Milli idarəetmə portalının yaradılmasında əsas məqsəd Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil məkanının tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsidir.
Doktorant və tədqiqatçıların mübadiləsini həyata keçirmək və ortaq elmi araşdırmalar aparmaq məqsədilə Fransanın Monpelye Universiteti ilə əməkdaşlıq haqqında çərçivə sazişi imzalanıb. Bu sazişə əsasən Azərbaycandan olan doktorantlar beynəlxalq ikili diplom proqramları üzrə Fransanın Monpelye Universitetində doktorantura təhsili alacaqlar.