Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-06 20:10:00
ADNSU-ya yeni prorektor təyin edildi

Adilxan Xəlilov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnzibati-təsərrüfat işləri üzrə prorektoru təyin olunub. AzEdu.az xəbər verir ki, bununla bağlı təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb. 

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı  Adilxan Xəlilovu Universitetin əməkdaşlarına təqdim edib.

 

Qeyd edək ki, A.Xəlilov uzun onilliklər ərzində inzibati-təsərrüfat işləri sahəsində müxtəlif vəzifələrdə, o cümlədən Azərbaycan Müəllimlər İnstitunda on ildən çox müddət ərzində İnzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Azərbaycan Müəllimlər İnstitutunda işlədiyi dövrdə o Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 7 dekabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub