
2021-03-18 16:04:00
LDU-nun rektoru Novruz bayramı münasibətilə kollektivi təbrik edib
Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov universitetinin tələbə və müəllim heyətini Novruz bayramı münasibəti ilə təbrik edib.
AzEdu.az rektorun təbrikini təqdim edir:
Əziz tələbələr, hörmətli professor-müəllim, işçi heyəti, kollektivimizin bütün üzvləri!
Hamınızı - bütün LDU ailəsini elimizin ən gözəl bayramlarından biri olan , gəlişi ilə təbiətə təravət, könüllərə hərarət gətirən Novruz - Bahar bayramı münasibəti ilə ürəkdən təbrik edir, şəxsi həyatınızda və işlərinizdə uğurlar arzu edirəm.
Novruz yeni gün , yeni arzular , yeni ovqat deməkdir. Baharın gəlişilə təkcə təbiət oyanmır, ruhumuz da cavanlaşır, qurub-yaratmaq həvəsimz artır, arzularımız təzələnir.
Novruz milli bayramlarımızın ən gözəlidir. Heç bir bayramın gəlişi insanları Novruz qədər sevindirmir. Novruz yeganə bayramdır ki, insanlar onun gəlişinə bir ay əvvəlcədən hazırlaşır, bayram tədarükü görür, sevinclərini birgə paylaşırlar.
Bu ilki yaz, bahar bayramı bir ayrı ovqatlıdır, qələbə , zəfər ətirlidir.30 illik fasilədən sonra əzəli Qarabağ torpaqlarımızın ölkə başçımızın müdrik səyi, igid oğullarımızın şücaəti sayəsində geri qayıtması bayramımıza bir ayrı əhval ruhiyyə, rəng, çalar qatıb. Bu il Qarabağımızda, Şuşamızda ilaxır çərşənbə günündə tonqalların qalanması bütün xalqa ən böyük Novruz töhfəsi oldu.
Bəli, prezident İlham Əliyevin,vitse-prezident Mehriban xanım Əliyevanın bu ilki ilaxır çərşənbəni Şuşada keçirmələri, azad olmuş torpaqlarımızı bayram öncəsi ziyarət etmələri, orda sosial infrastrukturun yaradılması ilə bağlı layihələrə start verilməsi hamımızın bahar müjdəmizdir. Bu, ötən ilin Novruz bayramında elliklə dilədiyimiz arzularımızın çin olması deməkdir.
Bu ilki bayram günündə ən böyük arzumuz budur ki, tezliklə azad olunmuş torpaqlarımızda həyat əvvəlki qaynar ahənginə qayıtsın, köçkünlər tezliklə yurd yerlərində məskunlaşsınlar, infrastruktur tam bərpa olunsun, Xankəndində Azərbaycan bayrağı altında milli bayramlarımız keçirilsin.İnşallah ki, növbəti bayram gününə bu arzularımız da reallaşar.
Bu bayram günü torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhid oğulllarımızı bir daha minnətdarlıqla anırıq.Vətən müharibəsində ağır yaralanan oğullarımıza ehtiramımızı bildiririk.Bizim LDU ailəsində şəhid ailəsi də var, qazi, əsgər ailəsi də. Onların hər birinə bayram günündə bir daha minnətdarlıq edirəm.Vətən onu qoruyan oğullarla güclüdür və bu oğulların müqəddəs xatirəsi həmişəlik xalqın yaddaşında yaşayacaq.
Bir daha Azərbaycançılıq məfkurəsi ətrafında, milli həmrəylik duyğusu ilə sıx birləşən bütün soydaşlarımızı , LDU ailəsinin hər bir üzvünü milli bayramımız-Novruzun gəlişi münasibətilə ürəkdən təbrik edir, yaradanın ən böyük neməti olan cansağlığı, könül xoşluğu, bayram ovqatı arzulayıram!
Novruz bayramınız mübarək olsun!
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39