Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-07 11:54:00
BANM tələbələri SOCAR-da təcrübə keçməyə başlayıblar

Bakı Ali Neft Məktəbinin (BANM) 300-dən çox tələbəsi SOCAR və müxtəlif şirkətlərdə yay istehsalat təcrübəsinə başlayıblar.

AzEdu.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilir ki, BANM-in 125 tələbəsi “Azneft” İsethsalat Birliyinin neft və qazçıxarma idarələrində (NQÇİ), 133 tələbəsi Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) və “Azərikimya” İstehsalat Birliyində, 49 tələbəsi isə müxtəlif yerli və xarici şirkətlərdə yay istehsalat təcrübəsinə başlayıblar.