
2021-03-29 13:49:00
AZTU ilə “STP Global Cable” MMC-nin rəhbərliyi arasında işgüzar görüş keçirilib
Azərbaycan Texniki Universiteti (AzTU) ilə “STP Global Cable” MMC-nin rəhbərliyi arasında işgüzar görüş keçirilib.
AzEdu.az xəbər verir ki, görüşdə rektor Vilayət Vəliyev, şirkətin direktoru Abdurrahman Güngör və hər iki tərəfdən nümayəndələr iştirak edib. Qeyd olunub ki, universitetin nəzdində STP Global Cable akademiyasının təşkili, şirkətin mütəxəssislərinin tədrisə cəlb olunması və ən son istehsal idarəetməsi texnologiyasının tətbiqi tələbələrin praktiki biliklərinin təkmilləşməsinə töhfə verə bilər. Bundan başqa, bütün istehsalçılar və tədarükçülərin ortaq istifadəsi üçün CPR laboratoriyasının yaradılması və fərqli istiqamətlərdə işbirliyi qurmaqla bağlı müzakirələr aparılıb. Görüləcək işlərlə bağlı aprel ayının ilk həftəsində vorkşopun keçirilməsi də qərara alınıb. Görüşdə tələbələrin şirkətdə təcrübə proqramlarına və elmi-tədqiqatlara cəlb olunmaları ilə bağlı da fikir mübadiləsi aparılıb
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39