Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-08 12:02:57
Bu universitetimizdən bir ildə 140 tələbə xaric edilib

 

Azərbaycan universitetlərindən  hər il minlərlə tələbə məzun olur. Amma universiteti bitirə bilməyib, müxtəlif səbəblərdən ali təhsil müəssisələrindən xaric olunanlara da təsadüf edilir.  

 AzEdu.az  tələbələrin universitetlərdən xaric olunması ilə bağlı ayrı-ayrı universitetlərə müraciət edib. Silsilə şəklində təqdim edəcəyimiz  göstəricilərdə oxucuları  təəccübləbdirəcək  rəqəmlərə də rast gələcəyik:

 Azərbayacan Dövlət Pedoqoji Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Mənsur İbrahimovun verdiyi məlumata görə, sonuncu  tədris ilində ali təhsil müəssisəsindən 140 tələbə xaric edilib:

“2017-2018-ci tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetində əyani təhsilalma forması üzrə 113, qiyabi təhsil üzrə 11 nəfər tələbə xaric olunub. Magistratura səviyyəsi üzrə isə cari tədris ilində xaric olunan tələbələrin sayı isə 16-dır. Onlar universitetdən müxtəlif səbəblər üzündən uzaqlaşdırılıbar. Əsas səbəblər isə vaxtında gəlib qeydiyyata düşməmək, təhsilhaqqını ödəməmək, insan  məsuliyyəti və digərləridir”.

Qeyd edək ki, Bu il ADPU-nu 8 fakültə üzrə əyani təhsilalma forması üzrə 1704 nəfər, 7 fakültə üzrə qiyabi təhsilalma forması üzrə isə 179 nəfər (cəmi 1883 nəfər) məzun bitirib. Builki tədris ilində ADPU-nun Ağcabədi Filialını əyani təhsilalma forması üzrə 3 ixtisas üzrə 79 nəfər, qiyabi təhsilalma forması üzrə isə 1 ixtisas üzrə 11 nəfər (cəmi 90 nəfər), Cəlilabad Filialını əyani təhsilalma forması üzrə 4 ixtisas üzrə 81 nəfər, qiyabi təhsilalma forması üzrə isə 1 ixtisas üzrə 23 nəfər (cəmi 104 nəfər), Şəki Filialını əyani təhsilalma forması üzrə 7 ixtisas üzrə 239 nəfər, Şamaxı Filialını əyani təhsilalma forması üzrə 4 ixtisas üzrə 79 nəfər, qiyabi təhsilalma forması üzrə isə 1 ixtisas üzrə 16 nəfər (cəmi 95 nəfər), Quba Filialını əyani təhsilalma forması üzrə 5 ixtisas üzrə 110 nəfər, qiyabi təhsilalma forması üzrə isə 1 ixtisas üzrə 26 nəfər (cəmi 136 nəfər) məzun bitirib. Ümumilikdə bu il ADPU-nun 5 filialını 664 nəfər məzun bitirib. Builki tədris ilində universitetin magistraturasını 23 ixtisas, 25 ixtisaslaşma üzrə 401 nəfər magistr bitirib. Bu il ADPU-nun SABAH qruplarını 2 ixtisas üzrə 27 nəfər məzun bitirib. Cari ildə universiteti ali təhsilin bakalavriat səviyyəsi üzrə 5 ixtisas üzrə 19 nəfər, magistratura səviyyəsi üzrə isə 2 ixtisas üzrə 4 nəfər (cəmi 23 nəfər) əcnəbi tələbə bitirib. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecini (ADPK) isə 7 ixtisas üzrə əyani təhsilalma forması üzrə 495 nəfər, qiyabi təhsilalma forması üzrə isə 83 nəfər (cəmi 578) məzun bitirib. Bütövlükdə bu il ADPU-nu filiallar və ADPK ilə birlikdə 3576 nəfər məzun bitirib

AzEdu.az bu statistikanı diqqətdə saxlayacaq və digər universitetlərin də xaric olunan tələbələri ilə bağlı statistikanı yaxın günlərdə təqdim edəcək.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları