Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-31 14:58:00
“Məktəb inspektoru” olmaq istəyən 72 nəfərdən 47-si keçid balını toplaya bilmədi

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəblərdə keyfiyyətin monitorinqinin aparılması məqsədilə elan olunan “məktəb inspektoru” vakansiyası üzrə növbəti yazılı imtahan keçirilib.

 

Agentlikdən AzEdu.az-a verilən məlumata görə, namizədlərin sahə üzrə biliklərinin yoxlanılması məqsədilə keçirilən imtahanda ümumilikdə 72 nəfər namizəd iştirak edib.

 

Həmin namizədlərdən 50-si qadın, 22-si isə kişi olub. 1 saat davam edən imtahanın nəticələrinə əsasən, 47 nəfər nəzərdə tutulan keçid balından aşağı, 25 nəfər isə yuxarı bal toplayıb.

 

İmtahandan uğurla keçən namizədlər aprelin 3-dək müsahibədə iştirak etmək üçün Agentliyə dəvət olunacaqlar.