Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-09 12:34:49
BAU azərbaycanlı abituriyentlərə təqaüd verəcək  

Türkiyənin Bahçeşehir universiteti (BAU), Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardan yüksək bal toplayan abituriyentlərə təqaüd verəcək.

Belə ki, imtahan nəticələri 650  baldan yüksək olan abituriyentlər BAU-da təqaüdlü təhsil alma imkanı əldə edəcəklər.

BAU-nun Azərbaycan üzrə nümayəndəsi Təhminə Paşayevanın AzEdu.az-a verdiyi məlumata görə dəyərləndirmə müsahibə əsasında aparılacaq:

“Bahçeşehir Universiteti ənənəvi olaraq hər il Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardan yüksək nəticə əldə edən abituriyentlərə təqaüdlər verir. Bu il də imtahan nəticəsi yüksək olan abituriyentlər BAU-ya müraciət edərək topladıqları ballara müvafiq olaraq təqaüdlər qazana bilərlər.”

T.Paşayeva onu da qeyd edib ki, müraciətlər avqust ayının 1-dək qəbul ediləcək.

Xatırladaq ki, tam ingilis dilində təhsil verən BAU, Silikon vadisindən Honk-Konqa qədər uzanan 5 universiteti, 5 akademik mərkəzi, 4 dil məktəbi ilə öncül vəqf universitetlərindən biridir.

Məlumat üçün: BAU Azərbaycan / 050 866 30 60