
İSTƏK liseyi təsisçisinin 5 iyul 2018-ci il tarixli qərarı ilə liseyin bütün kampuslarının fəaliyyəti dayandırılıb.
AzEdu.az xəbər verir ki, valideyn və şagirdlərdəki narahatlığı nəzərə alan İSTƏK liseyinin rəhbərliyi onlara müraciət ünvanlayaraq, bəzi məsələlərə aydınlıq gətirib:
“İSTƏK liseyinin fəaliyyətini dayandırması ilə bağlı Təhsil Nazirliyi tərəfindən liseydə təhsil alan və 1-ci siniflərə yeni qəbul olunmuş bütün şagirdlərin valideynlərinin seçiminə əsasən dövlət ümumi təhsil müəssisələrində yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq.
Bununla yanaşı, liseyin rəhbərliyi övladının təhsilini digər özəl təhsil müəssisələrində davam etdirmək niyyəti olan valideynlərə bu istiqamətdə dəstək göstəriləcək”.
Müraciətdə təhsilhaqlarının qaytarılması məsələsinə də toxunulub:
“Bu həftə ərzində İSTƏK liseyinin rəhbərliyi ilə valideynlər tərəfindən növbəti təhsil ili üçün ödənilmiş təhsil haqlarının qaytarılması məsələsinə baxılacaq, təhsil haqlarının qaytarılma tarixi açıqlanacaq və açıqlanan tarixdə bütün valideynlərin təhsil haqları geri qaytarılacaq.
Artıq şagirdlərin sənədlərinin təhvil alınması prosesi başlanıb. Bunu nəzərə alaraq, Bakı şəhərində Akademik Zərifə Əliyeva adına lisey (Hüseyn Cavid prospekti, 253-cü məhəllə), bölgələrdə isə övladınızın təhsil aldığı liseyin yerləşdiyi şəhər / rayonun (Sumqayıt, Şirvan, Lənkəran, Quba, Ağdaş, Mingəçevir, Gəncə və Şəki) təhsil şöbəsinə yaxınlaşaraq sənədləri əldə edə bilərsiniz”.
Müraciətdə rəhbərlik valideynləri təxribat xarakterli çağırışlara uymamağa çağırıb:
“Hörmətli valideynlər,
Sizi İSTƏK liseyinin fəaliyyətini dayandırması ilə bağlı sosial mediada yayılan müxtəlif şayiələri və təxribat xarakterli xəbər və çağırışları ciddi qəbul etməməyə və təmkinli olmağa dəvət edirik. Hazırkı vəziyyətdə İSTƏK liseyinin rəhbərliyinin əsas məqsədi şagirdlərimizin təhsildən kənarda qalmamasıdır və bu istiqamətdə sizə dəstəyimizi əsirgəməyəcəyik.
Gedişatla bağlı yeni məlumatların İSTƏK liseyi internet səhifəsindən (www.istek.edu.az) mütəmadi olaraq valideynlərin diqqətinə çatdırılması nəzərdə tutulub».
Sonda şagirdlərin köçürüləcəyi özəl məktəblər və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey-gimnaziyaların siyahısı göstərilib:
Təhsil Nazirliyinin nəzarətində olan lisey və gimnaziyalar:
“Heydər Əliyev adına lisey
Akademik Zərifə Əliyeva adına lisey
T.İsmayılov adına 6 nömrəli məktəb-Lisey
132-134 nömrəli Təhsil Kompleksi
T.Həsənov adına 23 nömrəli tam orta məktəb
S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası
S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya ([email protected])
A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika gimnaziyası
S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya
İlyas Əfəndiyev adına Elitar gimnaziya
İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi
Humanitar fənlər təmayüllü məktəb-lisey
Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyi
Kimya-biologiya təmayüllü Respublika liseyi
Bakı Avropa Liseyi
"Zəngi" liseyi
"Ankara məktəbi" məktəb-liseyi
Bakı Slavyan Universitetinin nəzdində Məktəb-Lisey Kompleksi
Azərbaycanda fəaliyyət göstərən özəl təhsil müəssisələri
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Avropa Azərbaycan Məkəbi
İdrak liseyi (Bakı)
Kaspi liseyi
Erudit məktəbi
Müasir İnnovasiyalar Liseyi
Bakı Modern məktəbi
Azerbaijan British College
Evrika liseyi
Bakı Fransız Liseyi
Bakı Britaniya məktəbi
SABİS SUN
Dünya liseyi
Şəmkir Oxford Məktəbi
Milli Qəhrəman M. İbrahimov adına Biləsuvar Təhsil Kompleksi
Oxbridge Academy
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi